İtkin düşən qadının meyiti sahildən tapıldı

11:40

17 Aprel

lady gaga

Bakıda itkin düşən qadının meyiti tapılıb.

Belə ki, aprelin 8-də itkin düşən Bünyatova Səbinə Fətulla qızının meyiti Şıx çimərliyində tapılıb. Şahlar Allahverdiyev küçəsində qeydiyyatda olmaqla yaşayan və itkin düşəndən sonra axtarışa verilən 45 yaşlı qadının meyiti çimərlikdəki “Aysberg” istirahət mərkəzinin sahil hissəsində aşkarlanıb. Məlum olub ki, qadının meyitini dalğalar sahilə çıxarıb.

Bildirilir ki, S.Bünyatova psixi xəstə olub. Onun hansı şəraitdə və nə vaxt dənizə düşərək ölməsi araşdırılır.

//Lent.az

Sizə maraqlı ola bilər