İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi

10:36

17 May

lady gaga

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən Namin Nizami oğlu Bünyatzadənin, Babur Vaqif oğlu Hüseynovun, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyitləri ailələlərinə təhvil verilib. Meyitlər dəfn olunmaq üçün Bakıya gətirilir.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

//Report.az

 

 

Sizə maraqlı ola bilər