İzləyici istədi. İnstagram keçmiş halına qayıtdı

10:34

14 Mart

lady gaga

İnstagram ən son izlədiyiniz istifadəçilərin paylaşımlarını ön plana çıxaran alqoritmini dəyişdiyini elan edib.

Bu barədə sosial şəbəkədə məlumat verilib.

İstifadəçilərdən gələn çoxlu istəklərdən sonra keçmiş alqoritmin beta testləri başladılıb. Əgər testlərdə ciddi problemlərə rast gəlinməsə, yaxında tətbiqetmənin sevimli halı geri qayıdacaq.

Qeyd edək ki, yeni alqoritm ən son izlədiyiniz istifadəçilərin paylaşımını ön plana çıxarırdı. Digərlərinin  paylaşımını isə siyahının aşağısına doğru itələyirdi.

Bu da çox istifadəçilərin paylaşımlarının görüntülənməməsinə yol açırdı.

Sizə maraqlı ola bilər