Jurnalisti doğrayan şəxsin görüntüsü yayıldı – FOTO

10:58

18 Oktyabr

lady gaga

2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin (Kamal Qaşıqçı) ölümü ilə bağlı araşdırmalar davam etdirilir.

 

Primetime.az xəbər verir ki, onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. “New York Times”in məlumatına görə, “The Washington Post” qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.

 

Verilən məlumata görə, Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.

 

Xatırladaq ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi “Apple” qol saatına düşüb. Haşoqqi 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.

 

Sizə maraqlı ola bilər