“Kəpəz” stadion tapa bilmədi, oyunu ləğv etdi

15:24

14 Yanvar

“Kəpəz”in Birinci Divizion təmsilçisi “Sabah”la yoxlama oyunu ləğv olunub.

 

lady gaga

Gəncə klubundan bildirilib ki, buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdı. Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər.

 

Amma klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq, paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb.

Sizə maraqlı ola bilər