Kəsimi digər heyvanların gözü qarşısında etmək nələrə səbəb ola bilər? – VİDEO

23:46

13 Aprel

lady gaga

Qəssablar adətən heyvan kəsimini digər diri heyvanların gözü qarşısında edir. Əslində isə bu düzgün deyil. Baytarlar deyir ki, kəsimi görən heyvanlar qorxur və kəsilən zaman qanları tam axmır. Bu isə ətin tez xarab olmasına gətirib çıxarır.

 

Kəsimə gətirilən heyvan digər heyvanların gözünün qarşısında kəsilir. Paytaxtdakı əksər kəsim yerlərində bu mənzərəni görmək mümkündür.

 

Qəssablar da elə bunu etiraf edirlər. Onların sözlərinə görə, xüsusən də kütləvi kəsim yerlərində heyvanları digər heyvanlarının gözü qarşısında kəsirlər.

 

Bakı Şəhər Baytarlıq Xidmətinin rəsmisi Mehman Əliyev isə bildirir ki, heyvanı digərlərinin gözünün qarşısında kəsmək düzgün deyil.

 

Mehman Əliyevin sözlərinə görə, bu zaman heyvanlarda qoxu yaranır. Bu da kəsim zamanı heyvanın qanının tam axmamasına səbəb olur.

 

Mehman Əliyev həmçinin kəsiləcək heyvanların kəsimdən əvvəl bir neçə saat ac saxlanılmasını da tövsiyyə edir.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər