“K2-18b” adlandırılan planetin atmosferində ilk dəfə su buxarı tapıldı

11:39

12 Sentyabr

lady gaga

Astronomiya mütəxəssislər “K2-18b” olaraq adlandırılan bir planetin atmosferində ilk dəfə su buxarına rast gəlib.

 

Primetime.az xəbər verir ki, bununla “K2-18b” dünya xaricində yaşayış axtarışı üçün uyğun olan namizədlər arasına daxil olub. Yeni kosmos teleskoplarının önümüzdəki 10 il ərzində sözügedən planetin atmosferində canlı orqanizmlər tərəfindən yayılan qazların olub-olmadığını araşdırması gözlənilir.

Professor Giovanna Tinetti verdiyi açıqlamada “ilk dəfə hava istiliyinin həyatın davam etməsi üçün uyğun olduğu ulduzun ətrafında yaşamaq mümkün olan bölgədə bir planetdə su tapdıq. “Yaşamaq mümkün olan bölgə” ifadəsi bir ulduzun ətrafındakı bir planetdə istiliklərin suyun maye halde qalması üçün lazımi qədər yumşaq olduğu bölgələr üçün istifadə olunur. “K2-18b” dünyadan 111 işıq ili, yəni 1 milyard 46 milyon 73 min 600 km uzaqlıqda yerləşir. Bu məsafədən ölçü aparmaq mümkünsüzdü” – deyə qeyd edib.

 

2020-ci ildə istifadə edilməsi planlaşdırılan yeni nəsil teleskopların isə sözügedən məsafədən ölçü aparması mümkün olacaq.

 

Sizə maraqlı ola bilər