Kabab restoranında dəhşət. Kassir qız qadın müştərinin qulağını qopartdı – VİDEO

11:02

11 Oktyabr

lady gaga

Cənubi Uelsdə yerləşən  “Yummies kebab house” adlı kabab restoranında qadınlar arasında dava düşüb.

 

Primetime.az xəbər verir ki,  kabab restoranının kassiri ilə müştəri arasında yaranan mübahisə dava ilə nəticələnib. 27 yaşlı Viktoriya Burcess Cenna Edvardı  boğub, daha sonra qulağını dişləyərək qopardıb. Həmin anlar mobil telefonla lentə alınıb.

 

Görüntülərdə Cennanın qışqıraraq “Burax məni, Viktoriya” deyə yalvarması və Viktoriyanının onun qulağını qopardıb, döşəməyə tüpürməsi əks olunub.

Viktoriya saxlanılıb, Cenna isə xəstəxanaya aparılıb. Onun qulağına tikiş vurulub. Cennanın vəkili məhkəmədə bildirib ki, davaya Viktoriya başlayıb.

 

Sizə maraqlı ola bilər