Kafedə qadını qarət edən şəxs saxlanıldı

21:36

18 Oktyabr

lady gaga

Göyçay rayonunda qadın kafedə qarət edilib.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndi ərazisindəki “Şam bağı” kafesində baş verib.

 

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

 

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən F.Abdullayev saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Sizə maraqlı ola bilər