“KAMAZ”la minik avtomobili toqquşdu, meyitin çıxarılması üçün FHN-ə müraciət olundu

20:51

7 Dekabr

lady gaga

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyad hadisəsi hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “KAMAZ” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sizə maraqlı ola bilər