Kanadanın baş naziri Ramazan ayı ilə bağlı paylaşım etdi – VİDEO

16:32

16 May

lady gaga

Kanadanın baş naziri Castin Trüdo Ramazan ayı münasibətilə video yayımlayıb.

O, cümləyə “Səlamun əleykum” deyə başlayıb:

“Bu gecə dünyanın dörd bir yanında Ramazan başlayır. 1 ay boyunca insanlar məscidlərdə və evlərdə bir yerə toplaşaraq dua edəcəklər. Ramazan dua və paklıq ayıdır. Bu ay əlimizdəki nemətlərin dəyərini bilmək və şükr etmək üçün bir fürsətdir, mənəviyyatın təmizləndiyi birandır. Həyat yoldaşım Sofiya, ailəm və mən bu müqəddəs ayı gözləyən hərkəsə xeyirli və hüzurlu bir Ramazan diləyirik”.

Qeyd edək ki, hər il fərqli günlərdə başlayan Ramazan ayı bu il Şimali Amerika qitəsində bütün müsəlman cəmiyyətindəki kimi eyni gündə başlayıb.

 

Sizə maraqlı ola bilər