Keçi evə girib 20 min avronu yedi, ev sahibi huşunu itirdi

22:48

6 Dekabr

lady gaga

Serbiyanın Arancelovaç şəhərində maraqlı hadisə baş verib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, keçi sahibinin 20 min avrosunu yeyib.

 

Bildirilir ki, hadisə Ranilovic kəndində yaşayan Simic ailəsinin başına gəlib. Onlar 10 hektar torpaq almaq üçün 20 min avro yığan sözügedən ailə satıcını gözləyərkən pulları stolun üstünə qoyub. Həmin vaxt orada gələn “Belka” adlı keçi evə girib və stolun üstündəki pulları yeməyə başlayıb.

 

Deyilənə görə, pulların yeyildiyini və geriyə sadəcə 300 avro qaldığını görən ev sahibi şoka düşüb və danışa bilmir. Həmin keçini isə kəsərək bişiriblər.

Sizə maraqlı ola bilər