Keçmiş məhkum yenidən saxlanıldı: oğurluğa görə – FOTO

21:55

14 Avqust

lady gaga

Salyanda oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən bildirilib ki, rayonun Yenikənd kənd sakini olan qadın avqustun 11-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib. Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayonu Yenikənd kənd sakini 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər