Keçmiş məhkum iki bacısını bıçaqladı, biri öldü – Bakıda DƏHŞƏT

9:29

16 Aprel

lady gaga

Gecə saatlarında paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

 

Primetime.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları – 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı – Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə maraqlı ola bilər