Kerç boğazında dəhşət: iki gəmidə yanğın baş verdi, ölənlər və yaralanlar var – VİDEO – YENİLƏNDİ

15:38

21 Yanvar

lady gaga

Ötən gün Kerç boğazında gəmilərdə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

Primetime.az xəbər verir ki, verilən məlumata görə, daha beş nəfərin taleyi məlum deyil.

 

Xatırladaq ki, gəmilərdə maye qaz daşınırdı. Yanğın davam etdiyindən partlayış təhlükəsi qalmaqdadır.

***

Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında iki gəmidə yanğın baş verib.

 

Primetime.az xarici KİV-ə istinadən xəbər verir ki, Tanzaniya bayrağı altında üzən gəmilərdən birində partlayış olub və bundan sonra onlar alov alıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 12-nin isə xilas edildiyi deyilir. 14 nəfərin də yanıq xəsarətləri alması ilə bağlı məlumatlar yayılıb.

 

Bildirilir ki, “Kandiy” gəmisində 17 nəfər olub, onlardan 9-u Türkiyə, 8-i isə Hindistan vətəndaşıdır. Digər gəmi “Maestro”da isə 14 nəfər olub, onlardan 7-si Türkiyə, 7-si Hindistan vətəndaşıdır.

 

Sizə maraqlı ola bilər