Kevin Hart homoseksuallara görə “Oscar” aparıcılığından imtina etdi

10:40

7 Dekabr

lady gaga

ABŞ-ın Lon-Ancles ştatında keçiriləcək 91-ci “Oscar” mükafatlandırma mərasimində amerikalı aktyor Kevin Hartın aparıcı olacağı xəbərini vermişdik.

 

Primetime.az-ın məlumatına görə, Amerika Kinoşünaslıq və Dramaturgiyası Akademiyasının “Twitter” hesabından verilən açıqlamada “Hartın ailəyə qatılmasından məmnuniyyət duyulduğu” yazılsa da, komediya ustası Kevin Hart gecədə aparıcılıq etməkdən imtina etdiyini bildirib.

 

Verilən məlumata görə, aktyorun imtina etməsinin səbəbi keçdiyimiz illərdə homoseksuallara qarşı etdiyi paylaşımları olub. Belə ki, 2010-cu ildə homoseksual insanlara qarşı təhqir və ayrıseçkilik tipli “tweet”ləri sosial şəbəkələrdə və mediada böyük reaksiyalara səbəb olduğu üçün aktyor açıqlama verərək “Oscar” mükafatlandırma mərasiminin aparıcısı olmaqdan imtina etdiyini deyib və insanlardan üzr istəyib.

 

Məlumat üçün bildirək ki, “2019 Oscar” mükafatlarının sahibləri 24 fevral tarixində bəlli olacaq.

Sizə maraqlı ola bilər