Kıvanç Tatlıtuğdan xanımına qadağa

20:17

23 Oktyabr

lady gaga

Türkiyənin məşhur aktyorlarından olan Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerə kamera qarşısına keçməyə qadağa qoyub.

 

Primetime.az xəbər verir ki, “Organize işler 2” filmi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan aktyor  xanımının reklam üçün kamera önünə keçməsini istəmir. Belə ki, Başak ona gələn 1 milyon lirəlik reklam təklifi üçün Kıvançı razı sala bilməyib. Verilən məlumata görə, Tatlıtuğ qısqanc olduğu üçün xanımının ekranlarda görünməsinin əleyhinədir.

Xatırladaq ki, cütlük 2016-cı ildə ailə qurub. Aktyor ailəsini mediadan uzaq tutmağa çalışır.

Sizə maraqlı ola bilər