Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək

17:22

20 Fevral

lady gaga

Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

 

Primetime.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.

Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, “Kiyevskaya Rus” kinoteatrının yaxınlığındakı bağa veriləcək.

Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.

Sizə maraqlı ola bilər