Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

23:47

20 Oktyabr

lady gaga

Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi “Black Hawk” vertolyotu qəzaya uğrayıb.

 

Primetime.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.

 

Məlumata görə, qəza Kauka departamentində baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir.

 

Hazırda qəzanın başvermə şəraiti araşdırılır.

 

Xatırladaq ki, ötən ay Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Sizə maraqlı ola bilər