Kompüterə bu dəfə faks vasitəsilə virus yoluxdurdular – VİDEO

23:46

14 Avqust

lady gaga

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Check Point” şirkətinin mütəxəssisləri tərəfindən çoxfunksiyalı qurğularda (printer, skaner və faks) aşkar edilmiş boşluq hakerlərə həmin qurğularla əlaqəli olan fərdi kompüterlərə müdaxilə etməyə imkan verir.

 

Mütəxəssislər tərəfindən “HP Officejet Pro 6830” adlı çoxfunksiyalı qurğuda JPEG faylların işlənməsi kitabxanasında aşkar edilmiş boşluğu buferin doldurulması məqsədilə istifadə etmək olar. Bundan sonra mütəxəssislər qurğu üzərində nəzarəti ələ keçirməyə imkan verən proqram yazaraq onu JPEG-fayla yerləşdiriblər. Bu proqram şəbəkəyə çıxışın mövcudluğunu yoxlayır və müsbət cavab aldıqda virusu yayır.

 

\\ICTnews

Sizə maraqlı ola bilər