Könül Kərimova Nazəninin oğluna nə hədiyyə etdi?- VİDEO

17:09

14 Sentyabr

lady gaga

Müğənni Nazənin oğlu Orxan Həsənova ad günün keçirib.

Primetime.az-a açıqlama verən ifaçı bildirib ki, bu ad günü məhərrəm ayına düşdüyü üçün doğum gününü bir neçə gün tez qeyd ediblər:

“Bu gün oğlumun doğum günüdür. Məhərrəm ayına düşdüyü üçün bu günü təmtəraqlı şəkildə qeyd etmədik. Əvəzində məhərrəmlik girmədən öncə Gürcüstanda ailə üzvlərimiz, qohumlar, ailəvi tanışlarımız bir araya gəldik. Bu il həm də oğlum orta məktəbə ilk qədəmlərini qoyur. Oğlumun xoş günü təbrik edən sənət dostlarıma da çox sağ olumu bildirirəm. Diqqət göstərən hər kəsə, sənət dostlarıma sonsuz təşəkkür edirəm”.

İfaçı daha sonra bildirib ki, bu günə qədər oğluna ən gözəl hədiyyəni həmkarı və rəfiqəsi Könül Kərimova edib:

“Könül xanım oğluma “Orxanım” adlı elə bir mahnı hədiyyə edib ki, onu bir ömür boyu Orxanın ad günündə səsləndirəcəyik. Özü də oğlum Könül xanımla eyni gündə doğulub. Ötən il Orxanla Könül xanımın ad günlərini birgə qeyd etdik. Sizin vasitənizlə Könül bacımı təbrik edirəm”.

Sizə maraqlı ola bilər