Kürdəmir sakini arvadını güllələyib

16:31

14 Sentyabr

lady gaga

Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini saxlanılıb.

Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva qırma yaraları ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

//Oxu.az

Sizə maraqlı ola bilər