Kürdəmirdə 6 otaqlı ev yandı

15:27

18 Mart

Kürdəmir rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

lady gaga

Fövqəladə Hallar Nazirliyindən verilən verilən məlumata görə, Karrar kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Sizə maraqlı ola bilər