“Kurtlar Vadisi”nin məşhur aktrisası eşşək biznesinə başlayır – FOTO

23:40

9 Noyabr

lady gaga

Türkiyəli məşhur aktrisa Özgü Namal maraqlı hadisə ilə gündəmə gəlib.

 

Primetime.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Muğla rayonunda bir fermaya köçən 39 yaşlı sənətçi eşşək pendiri biznesinə başlamağı qərara alıb.

 

Bildirilir ki, Balkan eşşəklərini satın alaraq fermasına gətirən Ö. Namal onların südündən hazırlanan və dünyanın ən bahalı pendiri sayılan “pule”nin istehsalı ilə məşğul olacaq. Aktrisa bu məhsulun Türkiyədə istehsalı üçün həyat yoldaşı ilə çalışmalara başlayıb.

 

Qeyd olunur ki, tərkibi ana südünə bərabər olan eşşək südündən əldə olunan pendirin bir kilosu 1000 ABŞ dolları dəyərindədir.

 

Xatırladaq ki, bir çox serial və filmlərdə rol alan Özgü Namal daha çox Türkiyənin məşhur ekran əsəri  “Kurtlar Vadisi”ndə canlandırdığı “Elif” obrazı ilə tanınıb.

 

Sizə maraqlı ola bilər