Lənkəranda naməlun şəxs ana və onun qızını döydü

18:15

13 Yanvar

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

 

lady gaga

Hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

 

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

 

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər