Lerikdə gənc oğlan çayda boğuldu

14:07

20 İyun

lady gaga

Lerik rayonunda gənc oğlan çayda boğulub.

Hadisə Lənkəran-Lerik yolunun 25-ci kilometrliyində baş verib.

Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Həbullayev Ramin İlqar oğlu ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Ailə üzvləri hadisə yerində olmalarına baxmayaraq, ona kömək edə bilməyiblər. Çayın suyu lilli olduğundan hələlik meyit aşkar olunmayıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu məlumatlandırılıb.

//Report.az

Sizə maraqlı ola bilər