Lerikdə qadın 2 kişi ilə əlbir olub ərini öldürdü

14:15

15 Oktyabr

lady gaga

Lerik rayonunda ərini öldürüb onu qəzaya düşmüş kimi qələmə verməkdə təqsirləndirilən qadın və cinayəti birgə törətdiyi dostları saxlanılıb.

Primetime.az DİN-ə istinadən xəbər verir ki, iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində, meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətlər olan meyiti “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılıb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub.

Məhkəmə tibbi ekspertizasının rəyində onun döş qəfəsindən daxilə nüfuz edən üç bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sizə maraqlı ola bilər