Lütfi Zadə mirasının bir hissəsini məşhur alimə bağışlayıb

12:09

13 Noyabr

Bu ilin sentyabrında 96 yaşında  dünyasını dəyişən dahi alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.

lady gaga

Bir neçə gün bundan əvvəl Lütfi Zadənin oğlu Norman Zadə Rafiq Əliyevə məktub yazaraq, atasının professora vəsiyyət etdiyi maddi miras haqqında məlumat verib. Həmçinin, həmin mirası onun bank hesabına köçürməsi üçün müvafiq bilgiləri istəyib:
“Hörmətli, Professor Əliyev,
Valideynlərim sizə maddi miras qoyublar. Xahiş edirəm ki, hesab nömrənizi göndərin ki, mən atamın vəsiyyətini yerinə yetirə bilim”.
R. Əliyev isə həmin mirası qəbul edərək birbaşa Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışlayıb.
Məlumata görə, sözügedən miras kifayət qədər böyük məbləği əhatə edir. Lakin artıq fonda  aid olduğu və oranın maliyyə məsələlərinə tabe olduğu üçün vəsiyyət edilən maddi miras açıqlanmır.
R. Əliyev bildirib ki, bağışlanan maddi vəsaitlə Zadənin irsinin tədqiq  və təbliği ilə yanaşı, gənc tələbələrə və elmi araşdırmaçılara müvafiq yardımlar ediləcək.
// moderator.az

Sizə maraqlı ola bilər