Məhkəmə onlara iki il həbs cəzası verdi – Pivəyə görə

21:20

21 Yanvar

lady gaga

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Primetime.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, hər iki şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, E. Mərdanov və E. Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək, ondan 15 min manat pul tələb ediblər.

 

İttihama görə, zərərçəkmiş S. Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib və bu barədə tanışları E. Mərdanovla E. Hüseynova deyib. Lakin o, qonşusuna bu barədə heç nə deməməyi xahiş edib.

 

Daha sonra həmin şəxslər S. Salayevi onun dediyi sözü qonşusuna deyəcəkləri ilə hədələyiblər və ondan 15 min manat pul tələb ediblər.

 

S. Salayev əvvəl E. Mərdanovla E. Hüseynova 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib.

 

S. Salayev həmin şəxslərlə növbəti görüşdə 2000 dollar pul verib. Bu zaman hüquq-mühafizə orqanları əməkdaşları E. Mərdanovla E. Hüseynovu saxlayıb. Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Sizə maraqlı ola bilər