Məhkəmə Ramin Hacılı barədə qərar verdi

14:25

20 İyun

lady gaga

Dövlət sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmədiyini deyib.

Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb. Hazırda DSX-nin İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.

//Report.az

Sizə maraqlı ola bilər