Məktəbə gedən hicablı qıza hücum etdilər

13:59

13 Yanvar

lady gaga

Kanadanın Toronto şəhərində yaşayan müsəlman qız hicabı kəsmək istəyən qayçılı bir nəfərin hücumuna məruz qalıb.

11 yaşlı Khawlah Nomanın yanına yaxınlaşan təcavüzkar qayçıyla hicabını kəsməyə çalışıb.

Hadisə qızın ailəsinin polisə müraciət etməsi nəticəsində ortaya çıxıb.

Kanadanın Baş Naziri Justin Trudeau hadisə ilə əlaqədar açıqlama verib: “Qəlbim dininə görə təcavüzə məruz qalan bu gənc qızla birlikdədir. Onun nə qədər qorxduğunu güman edə bilmirəm. Onun, ailəsinin, dostlarının və müsəlman cəmiyyətinin bunu bilməsini istəyirəm ki, Kanada bu deyil”.

Toronto Bələdiyyə sədri Con Tory da bəyanat verərək hücumu pisləyib.

Digər tərəfdən, Toronto polisinin hadisə ilə bağlı araşdırma apardığı və qaçan təcavüzkarın yaxalanmasına çalışdığı bildirilib.

Sizə maraqlı ola bilər