Məleykə Əsədova: “Qızım İnstaqrama girə bilməz”

12:48

10 İyul

lady gaga

Xəbər verdiyimiz kimi xalq artisti Məleykə Əsədova bu yaxınlarda Məşhəd ziyarətinə yollanıb.

 

Primetime.az-a açıqlama verən sənətçi sayca 5-ci dəfədir ki, orada olduğunu bildirib:

 

“Hər il ziyarətə gedirəm. Hələ namaz qılmağa özümü hazır hiss etmirəm. İnşallah, o da qismət olar. Həcc ziyarətinə getmək istəyirəm. Amma düşünürəm ki, ordan qayıdanda namaz qılmaq mütləqdir. Hazır olanda, ora da gedəcəm. Bu il Avropaya səfər edəcəm. Əvvəl sanatoriyaya yollanacam”.

 

Məleykə qızı Gülərdən də söz açıb. O, övladına ciddi qadağalar qoyduğunu bildirib:

 

“Allah məni sevməyənin də balasını qorusun. Qızım çox oxuyur. Politoloq olmasını istəyirəm. Qızım ingilis dilində təhsil alır. İndi də kitablar oxuyur. Ona interneti gündə bir neçə saat verirəm. Onda isə internetdən kitablar oxumalıdır. Qızıma nəinki sosial şəbəkə, telefon da qoymuram. Nə danışırsınız, qızım İnstaqrama girə bilməz”.

 

Əsədova seriallara dəvət aldığını desə də, hələ çəkilmək niyyəti olmadığını etiraf edib:

 

“Serial istəyirəm. Dəvətlər də alıram, rejissorlar sağ olsun. Sənətimi sevirəm, gərək bütün hər şey ürəyimə yatsın ki, razılaşım. Bir Məleykə ilə serial olmaz. Rejissor, yaradıcı heyət, digər aktyorlar da bir-birini tamamlamalıdır. Bu yaxınlarda Tehranda oldum, orada da insanlar yaxınlaşırdı, şəkil çəkdirirdi. Deyirdilər ki, siz Əfsanəsiniz? Xoşbəxtəm, 30 ildir bu şöhrəti qoruyub saxlayıram”.

Sizə maraqlı ola bilər