Mərhum aparıcının anası ölümündən xəbərsizdir – VİDEO

17:12

11 Fevral

lady gaga

“Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir”.

 

Primetime.az xəbər verir ki, bu sözləri bu yaxınlarda xərçəngdən dünyasını dəyişmiş aparıcı Ceyran Nərimanın bacısı Səkinə Əzimova deyib. ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışı mərhum aparıcı  həsr olunub. Onun ailə üzvləri və yaxınları onunla bağlı xatirələrindən bəhs edib.

 

“Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, mən heç vaxt evlənməyəcəyəm. Anam onun xəstəyilini bilmədi. Bir müddət sonra kimyaterapiya müalicəsi qəbul etdi. Saçları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı”, deyə onun bacısı Sevil Əzimova bildirib.

 

Mərhum aparıcının anası Mirxanım Əzimova isə hələ də qızının ölümündən xəbərsizdir:

 

“Başına dönüm, sənin yolunu səbirsizliklə gözləyirəm, ay Ceyran, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onun üçün”.

Sizə maraqlı ola bilər