Məşhur cütlük ayrıldı: İLK AÇIQLAMA – FOTOLAR

13:59

14 Avqust

lady gaga

Müğənni və aktrisa olan Mayli Sayris ilə həyat yoldaşı Liam Hemsvörs 7 aylıq evlilikdən sonra yollarını ayırıb.

 

Primetime.az xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama verən tərəf Hemsvörs olub. 29 yaşlı ulduz ayrılıq sualına “nəyə bənzədiyini anlaya bilməzsiz” cavabını verib. “The Hunger Games” (Aclıq oyunları) filminin 29 yaşlı ulduzu “Instagram” hesabından foto paylaşaraq “Hamıya salam. Mayli ilə ayrılıq qərarı aldıq, ona sağlıq və xoşbəxtlik arzulayıram” – deyə şərh yazıb.

 

Daha öncə panseksual (insanlar arasında cinsi orientasiya fərqi qoymadan bütün insanlara qarşı olan maraq) olduğunu və bir müsahibəsində hələ də qadınlara xüsusi marağının olduğunu dilə gətirən Sayris iki gün öncə İtaliyada yerləşən çimərliklərdən birində 30 yaşlı yazar Ketlin Karter ilə öpüşərkən görüntülənib.

 

Qeyd edək ki, 2010-cu ildən birlikdə olan Sayris və Hemsvörs cütlüyü 2018-ci ildə ABŞ-dakı evlərində gizli şəkildə evlənmişdi.

 

 

Sizə maraqlı ola bilər