Məşhur cütlük ayrıldı

15:21

14 Mart

lady gaga

İsrail əslli məşhur müğənni Zayn Malik və fələstin əslli model Gigi Hadid iki illik münasibətlərini bitirmək qərarına gəlib.

Cütlük İnstagram hesablarında bir-birini izləmədən çıxarıb.

İngilis müğənni Zayn ayrıldığını bu sözlərlə elan edib: “Gigi ilə mənim inanılmaz mənalı, eşq dolu və əyləncəli münasibətimiz var idi. Onun gözəl ruhu və qəlbi var. Verdiyimiz bu çətin qərara və bizim şəxsi həyatımıza hörmət edən bütün izləyicilərimizə minnətdaram. Bu xəbəri ilk bizdən eşitməyinizi istədik. Hamınızı çox sevirik”.

G.Hadid isə ayrılığını belə dilə gətirib: “Ayrılıq açıqlamaları çox vaxt şəxsi olmur. Çünki iki insanın bir neçə il boyunca yaşadıqlarını kəlmələrə tökməyin həqiqətən də asan yolu yoxdur. Nə münasibətdə, nə də həyatlarında… Zayn ilə yaşadığım eşq, zaman və həyat dərsləri üçün sonsuzadək minnətdaram. Onun üçün hər şeyin yaxşısını istəyirəm. Dərin sevgi və hörmət duyduğum dostumu dəstəkləməyə davam edəcəm. Gələcəkdə isə nə olması gərəkirsə o da olacaq”.

Sizə maraqlı ola bilər