Məşhur opera ifaçısı təcavüz edib?

10:28

14 Avqust

lady gaga

Dünyanın ən məşhur opera ifaçılarından olan ispan əsilli Plasido Dominqo təcavüzdə ittiham olunub.

 

Primetime.az xəbər verir ki, o, fərqli millətlərdən olan 8 opera sənətçisi və 1 balerina tərəfindən cinsi istismarda günahlandırılıb. Belə ki, 1980-1990-cı illərdə olduğu bildirilən hadisələr haqqında danışan qadınlar Dominqonun özəl iclaslarda və iş görüşmələrində davamlı olaraq onlarla əl təması qurduğunu bildirib.

 

Karyerlarında irəliləmək üçün Dominqo ilə birlikdə olmaları lazım olduğunu bildirən qadınlardan bəziləri təklifi rədd etdikləri təqdirdə profesional olaraq qarşılarının alındığını qeyd edib. İddialar haqqında açıqlama verən Dominqo ittihamların “konkret ” olmadığını deyib. Qadın-kişi münasibətlərinin hazırkı dövrdə olduqca fərqli olduğunu bildirən sənətçi “bu gün özümüzü ölçdüyümüz və ölçməyimiz lazım olan dəyərlər keçmişdən çox fərqlidir. Məni tanıyanlar və ya mənimlə işləyənlər heç kimi utandırmayacağımı, ya da zərər verməyəcəyimi yaxşı bilir” – deyə əlavə olub.

 

Məlumat üçün bildirək ki, klassik musiqi dünyasının ən güclü səslərindən biri olan 78 yaşlı Plasido Dominqo 50 illik karyerasında çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb və 150-dən çox opera əsərində rol alıb, 4 mindən çox səhnəyə çıxıb.

 

Sizə maraqlı ola bilər