Məşhur supermarketlər şəbəkəsindən aldığı bananın içindən zəhərli əqrəb çıxdı – FOTO

15:26

17 Aprel

lady gaga

İngiltərədə məşhur supermarket şəbəkəsindən banan alan qadın həyatının şokunu yaşayıb.

Paketlənmiş halda satılan banandan əqrəb çıxıb. Linda Pollard adlı qadın gördüklərindən dəhşətə gəldiyini deyib. O, əqrəbi yenidən bananın olduğu paketə qoyaraq marketə yollanıb. Baş verən xoşagəlməz hadisəyə görə supermarket qadından üzr istəyib və müştəri məmnuniyyəti üçün ona 10 sterlinqlik kupon verib. Qadın isə məsələni sosial şəbəkədə ictimailləşdirib.

Mütəxəssislər paketdən tapılan əqrəbi araşdırmaq üçün laboratoriyaya aparıb. Məlum olub ki, əqrəb zəhərli növdəndir. Eşitdiklərindən dəhşətə gələn qadın evdə qorxu içində yaşadığını bildirib.

Sizə maraqlı ola bilər