Manaf Ağayev: “Toydan sonra yengə lazım deyil”

21:51

12 Sentyabr

lady gaga

“Səfeh, düşük adət-ənənəmiz var ki, ona əməl edənlərdən biri özüməm”. 

 

Primetime.az Baku.ws-a istinadən xəbər verir ki, bu sözləri Manaf Ağayev bildirib. Müğənni qız və oğlanın toydan öncə təklikdə görüşməsinə icazə verilməməsini da pisləyib: “Səfeh, düşük adət-ənənəmiz var ki, ona əməl edənlərdən biri də mən özüməm. Məsələn, qız oğlanı istəyir, həsini verirsən, amma toya qədər görüşməyə icazə vermirik. Bəs bunlar bir-birini necə tanımalıdr?”

 

Manaf Ağayev həm də bildirib ki, o düşünür ki, qızının nişanlısı ilə görüşməsi ona baş ucalığı gətirməz: “Əşşi, bekara şeydir. Bunlar bir-birini tanımalıdır, bilməlidir. Bəlkə bu başdan alınmayacaq. Bu yaxşı adət-ənənə deyil. Oğlanla qız bircə dəfə görüşür, ata ordan durub baxır, ana da o biri tərəfdən. Belə iş olar?!”

Sizə maraqlı ola bilər