Marşrut avtobusu traktorla toqquşdu, yaralananlar var

21:15

16 May

lady gaga

Mingəçevir şəhərində yol qəzası baş verib.

 

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyeva və digər gənc xanım yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər