Masallıda sex yandı

18:45

14 Mart

lady gaga

Masallı rayonunda yanğın hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Binə Xocavar kəndində ümumi sahəsi 100 m² olan tikilinin (dülgər sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər