Masallıdakı dəhşətli qəzada ölən gəncin anası sağdır – YENİLƏNDİ

10:40

12 İyul

lady gaga

Masallıdakı 8 nəfərin öldüyü qəzada yaralanan qadının dünən gecə saatlarında intihar etdiyi ilə bağlı məlumat yayılıb.

 

Öncə sosial şəbəkələrdə dolaşan bu informasiya sonradan xəbər saytlarında da görünüb. Yayılan məlumatda qeyd olunub ki, qəzada 3 yaşlı oğlu Ayxan öldüyü üçün onun anası Miranə (Yaxınları adının Mirana olduğunu bildirib) Tağıyeva qəzadan sağ çıxsa da, sonra müalicə olunduğu xəstəxanada intihar edərək özünü öldürüb.

 

Primetime.az xəbər verir ki, “Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, respublikanın heç bir xəstəxanasında belə bir fakt qeydə alınmayıb.

 

Daha sonra Lerik rayon Polis Şöbəsi və Rayon Prokurorluğu sözügedən məlumatı araşdıraraq saytımıza açıqlama veriblər. Məlum olub ki, rayonda intihar və ya intihara cəhd hadisəsi baş verməyib.

 

M.Tağıyevanın yaxınları da məlumatın yalan olduğunu, Miranənin hazırda Bakıda olduğunu bildiriblər.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dünən paytaxtda yalnız polis rəisi Əliaslan Ağayevin oğlu Orxan Ağayevin intiharı qeydə alınıb, Bakıda bundan başqa intihar və ya intihara cəhd hadisəsi baş verməyib. Respublikada isə yalnız Mingəçevirdə ruhi xəstə olan Ruhiyyə adlı qadın intihar edib.

 

Qeyd edək ki, Miranə Tağıyevanın oğlu Ayxan və qardaşı Tağıyev Əlizahir Masallıda baş verən qəzada həlak olub.

 

*** 20:46

 

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.

 

Primetime.az xəbər verir ki, bu barədə Oxu.az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

 

Belə ki, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı – 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

 

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

 

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Sizə maraqlı ola bilər