“Maşın”da ilk final gecəsi problemli başladı

0:08

13 İyun

lady gaga

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan “Maşın” şounun 16-cı sürəti – “Xanımlar və Cənablar -2” yekunlaşır.

 

Bu gün maşın uğrunda mübarizədə ilk final gecəsi başlayıb. Qaydalara əsasən, əlini ilk götürən uduzmuş hesab olunacaq. Bundan başqa iştirakçılar iki saat əlini dəyişməyəcəklər. Finala çıxan iştirakçılar repçi İbrahim İbrahimov (Uran), müğənni Roza Zərgərli və  videobloqçu Hüseyn Əzizoğludur.

 

Onu da əlavə edək ki, “Maşın”da bugünkü efir zamanı yayımında problemlər yaranıb. Bu səbəbdən bir saata yaxın efirdə ancaq reklam verilib. Bununla bağlı şounun aparıcısı Xalq artisti Murad Dadaşov da sosial şəbəkə vasitəsilə tamaşaçılara müraciət edərək problemin həll edilməsi üçün texniki heyətin çalışdığını bildirib. Yayım sonradan bərpa olunub.

 

Bəylər: aktyor Cavidan Novruz (Yarışmanın 7-ci günündə səs toplaya bilmədi, getdi ), meyxanaçı Ələkbər Quliyev (Yasamallı, (yarışmanın ilk günündə maşından əlini çəkdiyi üçün göndərildi)), aparıcı və aktyor Azər Axşam (Yarışmanın 3-cü günündə göndərildi ), aktyor Məcid Hüseynov (Yarışmanın 4-cü günündə göndərildi), videobloqçu Hüseyn Əzizoğlu, repçi İbrahim İbrahimov (Uran), müğənni Əli Mirəliyev (Yarışmanın 9-cu günündə səs toplaya bilmədi, getdi), repçi Fərid Eminov (Qurd, (Yarışmanın 5-ci günündə səs toplaya bilmədi, getdi)), müğənni Abbas Bağırov (Yarışmanın 12-ci günündə göndərildi).

 

Xanımlar: aparıcı Mətanət Əliverdiyeva (Yarışmanın 8-ci günündə səs toplaya bilmədi, getdi), aparıcı Günel Hümbətova (Yarışmanın 2-ci günündə göndərildi), aparıcı Firuzə Cəlilova (Fira, (yarışmanın 6-cı günündə maşından əlini çəkdiyi üçün göndərildi)), aparıcı Aytən Səfərova (Yarışmanın 13-cü günündə göndərildi), aparıcı İlhamə Bədəlova (Yarışmanın 6-cı günündə göndərildi), müğənni Rahidə Baxışova (Yarışmanın 11-ci günündə səs toplaya bilmədi, getdi), müğənni Ruhəngiz Musəvi (Yarışmanın 10-cu günündə göndərildi), aktrisa Pərvin Abıyeva (Yarışmanın 13-cü günündə maşından əlini çəkərək getdi), müğənni Roza Zərgərli.

Sizə maraqlı ola bilər