Bakıda gənc qızlara ŞOK TƏKLİF: Gecə klubu, rəqs, içki və… – FOTO

16:04

7 Avqust

lady gaga

Zaman-zaman sosial şəbəkələrdə gecə klublarına “massovka” xanımların axtarıldığı ilə bağlı elanlarla qarşılaşırıq. Bu xanımlardan müştərilərin istəyini yerinə yetirmək, onları əyləndirmək, rəqs etmək və s. tələb olunur. Qarşılığında isə müəyyən məbləğdə ödəniş və pulsuz içkilər təklif edilir.

 

Bununla bağlı ekspert-kriminalist, sabiq polis rəisi Mahmud Hacıyev Primetime.az-a danışarkən bildirib ki, bu cür elanlar xanımları bir növ fahişəliyə cəlb edilməsidir:

 

“Lakin məsələyə birmənalı yanaşmaq olmaz. Ola bilər ki, həmin klublar elanları necə deyərlər, pis niyyətlə verməyib. Düzdür, zaman-zaman fahişəliyə cəlb etməklə məşğul olan gecə klubları ifşa edilib. O cümlədən haqqında inzibati tədbirlər görülənlər, cinayət işi qaldırılanlar olub. Belə hallar gələcəkdə də ola bilər. Amma dediyim kimi yanaşma tərzi birmənalı olmamalıdır. Ola bilsin ki, sivil bir gecə klubudur, həmin niyyəti yoxdur, hardasa milli mentalitet baxımından qeyrəti, intellekti var. Xanımları isə dəvət edir ki, müştəriləri çox yığsın, çəkilən xərcləri ödəsin, yaxşı pul qazansın və s. Bu nöqteyi-nəzərdən deyirəm ki, hamısına birmənalı yanaşmaq lazım deyil. Buna baxmayaraq, elə gecə klubları var ki, xanımları dəvət edir, sonradan məlum olur ki, məqsəd fahişəlik imiş və ya digər xanımların ora cəlb olunmasına şərait yaradır. Aydın məsələdir, bizim qadınlar, gəlinlər, qızlar gecə klublarına rəqs etməyə getməzlər. Bu, milli mentalitet, həmçinin dinimiz baxımından da düzgün deyil. Müsəlman dünyasında belə şeyə pis baxırlar. Acı həqiqət olsa da, etiraf etmək lazımdır ki, son zamanlar gedənlər mövcuddur. Hətta xanımların tanışlarını, qohumlarını da cəlb etmək istəyənlər də var. Bu şəbəkədir və genişləndirməyə çalışırlar. Belə faktlar da var”.

 

M.Hacıyev qeyd edib ki, belə halların fəsadları kimi məhkəmə-istintaq təcrübəsində soyğunçuluq kimi faktlara da rast gəlinir:

 

“Məsələn, klublara dəvət edilən xanımların iştirakı ilə xarici vətəndaşlara qarşı soyğunçuluq törətdikləri istiqamətində faktlar mövcuddur. 10-15 il bundan əvvəl, “qlafirin” deyilən bir göz damcısı var idi, ondan da istifadə edirdilər. Yəni, içkilərə ondan 3-4 damcıdan artıq tökəndə insanda bihuşedici hiss yaradırdı, insan özündə olmurdu. Hansısa gecə klubunda xanım xarici vətəndaşı və ya hansısa müştərini mənzilə dəvət edirdi, içkilərinə bu cür damcılardan atırdı və vətəndaş səhər oyananda görürdü ki, it də gedib, ip də… Belə faktlar hələ o zaman mövcud idi. İndi də bu cür hallarla qarşılaşmaq mümkündür”.

 

Ekspert vurğulayıb ki, xanımların bu cür klublara üz tutması xoşagələn hal deyil:

 

“Əgər xanımın qeyrəti varsa, milli mentaliteti nəzərə alırsa, gecə klubuna getməli deyil. Klublara 11-12 yaşında qız uşağı getmir ki, deyəsən qanmır, yeniyetmə dövrünə qədəm qoymayıb. Adətən 20 yaşından yuxarı olan xanımlarımız gedirlər. Onların isə kifayət qədər ağlı, dərrakəsi var, milliyyətini bilir və s. Bu baxımdan həmin xanımlar kluba niyə getdiyini çox gözəl anlayırlar. Hətta klub xanımları xoşniyyətlə çağırsa da, sonda fəsadları pis olacaq. Buna rəğmən gedənlər var. Xanımların əksəriyyəti sosial-iqtisadi problemləri bəhanə edirlər. Lakin milli qürur məsələsi var, bir az çətinliyə dözsünlər. Problemləri varsa, bu o demək deyil ki, gecə gedib özlərini satmalıdır”.

 

Günay Rəsulqızı

 

Sizə maraqlı ola bilər