“Məhəllə 3″ün rəsmi treyleri təqdim olundu – VİDEO

16:27

12 Fevral

lady gaga

“Məhəllə” filminin üçüncü hissəsi böyük ekranlara qayıdır.

 

Primetime.az xəbər verir ki, məşhur filmin treyləri “Planet Parni iz Baku”nun rəsmi “Youtube” səhifəsində yayımlanıb. Filmin quruluşçu rejissoru İsmayıl Zeynalov, prodüserləri isə Tahir və Cabir İmanov qardaşlarıdır.

 

İmanovlar əmin edirlər ki, “Məhəllə-3” də digər “Məhəllə”lər kimi baxımlı olacaq. Çünki məkanlara, xüsusilə aktyor heyətinə diqqətlə yanaşıblar. Filmdə həm özləri, həm də “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Hacı İsmayılov yer alıb.

 

“Məhəllə-3″ün qala gecəsi martın 3-də, Heydər Əliyev sarayında baş tutacaq. Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır.

 

Ekran işinin informasiya dəstəyi Primetime.az-a məxsusdur.

 

Xatırladaq ki, “Planet Parni iz Baku” daha bir konsert proqramı ilə tamaşaçıların qarşına çıxacaq. Belə ki, aprel ayının 19, 20, 21 və 22-də Heydər Əliyev Sarayında “Nataşa, mı prişla!” adlı konsert proqramı baş tutacaq.

Sizə maraqlı ola bilər