Məhkəmə Məleykə Əsədova və Ramiz Məliklə bağlı qərar verdi

13:15

8 Yanvar

lady gaga

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artistləri Məleykə Əsədovanın və Ramiz Məlikin məhkəmə prosesi baş tutub.

İclas hakim Natavan Tağıyevanın sədirliyi ilə keçirilib.

Məhkəmə prosesində şikayətçi Məleykə Əsədova və Ramiz Məlikin iddiası təmin edilməyib.

Məleykə Əsədovanın vəkili Tağı Hüseynov Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Məleykə Əsədova həmkarından 200 min manat, Ramiz Məlik isə xalq artistindən 300 min manat təzminat tələb edirdi.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər