Bir şagird üçün məktəbə getmək neçəyə başa gəlir? – QİYMƏTLƏR – VİDEO/FOTO

14:22

12 Sentyabr

lady gaga

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq avqustun axırından başlayaraq valideynlər məktəbli mağazalarına baş çəkməyə başlayıblar.

 

Təbii olaraq, valideynləri maraqlandıran əsas məsələ qiymətlərdir. Mağazalarda isə hər qiymətə, hər çeşiddə məhsula rast gəlmək olar.

 

Digər tərəfdən Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. Yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib və burada məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur.

 

Yarmarka çadırları Bakı metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

 

Belə məqamda ənənəvi sual ortaya çıxır: Qiymətlər valideynlərin ciblərinə uyğundurmu?

 

Primetime.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün “Nərimanov” metrostansiyasının yaxınlığında açılan məktəbli yarmarkasına baş çəkiblər.

 

Satıcılar bildiriblər ki, yarmarka yeni fəaliyyətə başladığı vaxtlarda alıcı az olsa da, hazırda alverin qızğın vaxtı hesab olunur. Onların sözlərinə görə, yarmarkada satışda olan məktəb ləvazimatlarının qiyməti, mağazalarla müqayisədə aşağıdır.

 

Məsələn, çantaların qiyməti 8-70 manat arasında dəyişir. Valideynlər əsasən 30 manata kimi olan çantalara üstünlük verirlər.

 

Söhbət etdiyimiz valideynlərdən biri qiymətlərin yüksək olmasından narazılıq etsə də, digərləri qiymətlərin münasib olduğunu bildirdilər.

 

Şagirdlər üçün lazım olan ləvazimatlara gəlincə isə qiymətlər belədir:

 

Qələmlər – 5 qəpikdən – 1 manata kimi

Dəftər – 10-80 qəpik arası

Albom -1-3 manat

Çantalar – 8-70 manat arası

Qələm qabları – 1-5 manat

Karandaş yolan – 30 qəpikdən – 2 manata qədər

Karandaş – 1-5 manat arası

Marker – 40-50 qəpik

A4 kağızlar – 50 manat

Termus – 8-12 manat

Su qabları – 3-7 manat

Ağardıcı – 50 qəpikdən – 1manata qədər

Sulu boya 1 manat 50 qəpikdən – 4 manata qədər

Yapışdırıcı – 50 qəpik -1manat

Rəngli kağız – 1-1.50 manat

Sadə karandaş – 10-30 qəpik

Pozanlar- 20-60 qəpik

Qayçı – 1-1.50 manat

Kitabların qiyməti isə siniflərə görə dəyişir.

 

Qeyd edək ki, yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

 

Günay Rəsulqızı

Foto-video: Kərim Abbasov

 

 

Sizə maraqlı ola bilər