Məleykə Əsədova: “Namaz qılan bəzi insanlardan çox “Quran” ayələri, dualar oxuyuram”

18:43

12 Yanvar

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə maraqlı paylaşım edib.

 

lady gaga

Aktrisa şəxsi hesabında dua edərkən lentə alınmış videosunu yerləşdirib və bu sözləri yazıb:

 

“Cümə günümüz mübarək! Gözəl Allahım gözəl ürəklərə baxıb arzularımızı çin etsin! Bu günün xatirinə də əlimi Allahıma yönəldib arzu edirəm. Kim mənim dünyama kirli əllərini uzadırsa, gözəl Allahım bilsin! Mən kiməm ki, Allahım cəzasını versin”.

 

O, namaz qılmasa da, namaz qılan bəzi insanlardan çox “Quran” ayələri, dualar oxuduğunu deyib:

 

“Namaz qılmıram, çünki namaz qılmağa hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılan bəzi insanlardan çox “Quran” ayələri, dualar oxuyuram. Hansı ziyarətgahlara gedirəm, dualarını oxuyub səcdə edirəm. Mən balaca vərəqin üstündə “Quran” ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Yerdə qırıq çörək görsəm, onu da götürüb öpüp gözümün üstünə qoyuram. Harada olmağıma baxmayaraq, istər ziyarətgah, istər evim, işim, yatdığım yerdə Allahıma dualar edirəm. Əsas odur ki, Allah qəlbimizdə olsun. Dünyanın harasına gedirəmsə, “Quran” ayələri olan kitabları özümlə aparıram və duaları oxuyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allahı unutmayın. Bilin ki, içinizdən keçən hissləri görüb əvəzini verir. Gözəl Allahım məni və qızımı məhfur, şeytan ruhlu insanlardan qorusun. Amin”.

 

Qeyd edək ki, Məleykə Əsədova bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında “Quran” əvəzinə Hacı Xavər Xanımın “Allaha pənah, Allaha təvəkkül” kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Görünür, sənətçi bu statusu ilə onu tənqid edənlərə cavab vermək istəyib.

 

 

Публикация от Məleykə Əsədova (@meleykeesedovaofficial)

Sizə maraqlı ola bilər