“Mənimlə üç nəfərlik sekslə məşğul olmaq istədi”. Məşhur modeldən ağır ittiham

16:57

13 Oktyabr

Məşhur ABŞ-lı aktrisa Ashley Juddın Harvey Veynşteyn ilə bağlı iddialarının əks-sədası artmağa davam edir.

İngiltərənin məşhur modellərindən olan Kara  Delevin də Hollivud prodüseri Harvey Veynşteynin etdiklərindən danışıb.

 

lady gaga

Məşhur model etdiyi açıqlamalarla diqqət çəkib: “Bir aktrisa kimi ilk filmimi oynadığım zaman Harvey Veynşteyn mənə zəng elədi. Mediada birlikdə görüntüləndiyim qadınlarla birlikdə olub-olmadığımı və onlarla sevişib-sevişmədiyimi soruşdu. Bunun onu maraqlandırmadığını dedim və telefonu bağladım. O, məni təhdid edərək homoseksual əlaqə yaşamağa davam edərsəm,  Hollivudda oynamayacağımı dedi”.

Delevin bu hadisədən bir neçə il sonra Veyşteynlə görüşdüyünü qeyd edib:

“Bir rejissor və Veynşteyn ilə oteldə görüşdük. Rejissor daha sonra çıxdı və Harvey qalıb mənimlə söhbət etmək istədi. Daha sonra mənə birlikdə olduğu aktrisalardan danışıb və sevişdiyi üçün onların karyeralarında irəlilədiyini dedi. O vaxt assistenti da otaqdaydı. Mən bu vəziyyətdən çox narahat oldum”.

25 yaşlı model daha sonra otel otağında gözləyərkən Veyşteynin təcavüzə davam etdiyini sözlərinə əlavə edib:

“Otel otağında qadınla öpüşüməyimi istədi və bizi istiqamətləndirməyə çalışdı. Lakin mən qəbul etmədim. Qapıya qədər məni ötürdü və dodaqlarımdan öpməyə çalışdı”.

Sizə maraqlı ola bilər