Məşhur “Bakı” kinoteatrı sökülür

10:14

11 Yanvar

lady gaga

Bakıda yerləşən kinoteatrlar 90-cı illərdən sonra bir-bir sıradan çıxmağa başlayıb.

Kinoteatrlarda əvvəlcə seanslar azaldılıb, sonra tamamilə dayandırılıb.

Həmin teatrların binası çayxanalara, oyun zallarına, mağazalara, univermaqlara, marketlərə çevrilməyə başlayıb.

Onların sırasında Əhmədlidə yerləşən məşhur “Bakı” kinoteatrı da daxil edilib. Bu barədə gənc aktyor Türkay Cəfərli məlumat verib.

O bildirib ki, kinoteatrın binası sökülür və yerinə univermaq tikilir.

Qeyd edək ki, “Bakı” kinoteatrında ara-sıra kinoafişalar gözə dəysə də, kino göstərilmirdi.

Sizə maraqlı ola bilər