Məşhur “Can-cana” mahnısını oxuyan şəxs budur – Təranə Qumralla duet oxuyacaq – FOTO

18:07

8 Noyabr

lady gaga

“Can-cana” mahnısının ifaçısı Anar Qasımbəylidir.

 

Primetime.az xəbər verir ki, 18 ildir müğənnilik edən Anar “Can-cana” mahnısının Azərbaycan formasını yaradan şəxsdir. Belə ki, o, Türkiyənin İğdır şəhərində toylardan birində bu mahnını eşidib və onu özümüzünküləşdirmək qərarına gəlib. Azərbaycana qayıtdıqdan sonra onun ritmini və sözlərinin çoxunu dəyişib.

 

İfaçının sözlərinə görə, mahnı populyarlıq qazanan zaman o, rayonda olub. Daha sonra Rəhim Rəhimlinin təklifi ilə ilk dəfə Bakıya gəlib.

 

Daha sonra “Can-cana” mahnısını Vüqar Rəhimli adlı şəxs mənimsəyib. “Toylar kralı” adlı yarışmada iştirak edərək haqqını geri alan və sözünü deyən Anar ədaləti bərpa edib. Hal-hazırda yeni layihələr üzrə işləyən Anar müğənni Təranə Qumralla duet oxumağa hazırlaşır.

Sizə maraqlı ola bilər